26 Dekabr 2025, 11:18
FUTBOL
"Komo"dan çıxış edən Niko Pas yayda "Real"a qayıdacaq.
Matc.az xəbər verir ki, bu barədə "Diario AS" nəşri məlumat yayıb.
Klublar arasındakı anlaşmaya görə, Madrid təmsilçisinin argentinalı yarımmüdafiəçini 9 milyon avroya geri satınalma hüququ var. "Kral klubu" bu maddəni işə salacaq və 21 yaşlı hücumameyilli yarımmüdafiəçini sıralarına qatacaq.
Qeyd edək ki, "Komo" Niko Pası 2024-cü ilin avqust ayında "Real"dan 6 milyon avroya transfer edib. Argentina millisinin üzvü bu mövsüm A Seriyasında keçirdiyi 15 oyunda 5 qol vurub, 5 qol ötürməsi edib.












