"Futbolçularımı təbrik edirəm. Bu gün onlar möhtəşəm çıxış etdilər. Bir məşqçi kimi hələ də inkişaf etdirmək istədiklərim var. Bugünkü davranış, yanaşma çox xoşuma gəldi".
"Futbolçularımı təbrik edirəm. Bu gün onlar möhtəşəm çıxış etdilər. Bir məşqçi kimi hələ də inkişaf etdirmək istədiklərim var. Bugünkü davranış, yanaşma çox xoşuma gəldi. Heç bir oyunçu topdan gizlənmədi. Bu cür oynayan "Sabah"ı həmişə görmək istəyirik. Azarkeşlərimizi, rəhbərliyimizi, məşqçi heyəti ilə hamını təbrik edirəm. Neytral azarkeşlər üçün də çox gərgin, çox maraqlı və çox yaxşı oyun oldu. Ən önəmli açar bizim ilk dəqiqələrdən təşəbbüsü ələ almaq istəyimiz idi. "Neftçi" fərqli düzülüşdə idi, start heyətində gözləmədiyimiz dəyişikliklər etmişdilər. İkinci hissədə daha yaxşı çıxış edən, topa nəzarət edən, rəqibə təzyiq edən tərəf biz idik. "Neftçi"yə çox da topla oynamasına imkan vermirdik. Məni məşqçi kimi məyus və narahat edən məsələ qol fürsətlərini reallaşdıra bilməməyimizdir. Bəzən sonuncu ötürməni verə bilmədik, zərbəni endirə bilmədik. Çox qol fürsətini qaçırdıq. Daha çox inkişaf etməliyik. Həftəsonu bizi çox çətin səfər və çox çətin rəqib gözləyir. Daha sonra isə "Qarabağ"la önəmli oyuna çıxacağıq".
Matc.az xəbər verir ki, bu sözləri "Sabah"In baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 14-cü turunun “Neftçi" ilə (2:0) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
- "Turan Tovuz", "Qarabağ" və "Sumqayıt"a qarşı matçlarınız olacaq. Vəziyyət elə gətirə bilər ki, fasiləyə lider kimi yollana bilərsiz. Bu haqda fikriniz necədir?
- Dəfələrlə bu tip suallara cavab verəndə demişəm ki, mövsümün sonunda və ya 1-2 aydan sonra nə baş verəcəyini demək çox çətindir. Bizimçün önəmli olan bərpa məşqini keçmək, istirahət etmək və növbəti matça hazırlaşmaqdır. Həqiqətən, dekabr-yanvara qədər nələr olacağını deyə bilmərəm.
- Aleksey İsayev əvvəlki zədəsini yenilədi? Onun durumu nə dərəcə ciddidir?
- Əvvəlki zədəsi ilə bağlı olduğunu düşünmürəm. Amma yenə də həkimlərlə danışmaq lazımdır. Fikirləşirəm ki, Aleksey bizim üçün önəmli oyunçudur, artırmaqdadır. Meydançadakı keyfiyyəti ilə oyunumuza təsirini göstərir. Ümid edirəm ki, ciddi bir zədə olmayacaq.












