"Əlimizdən gələni etməyə çalışdıq, amma olmadı. Üç oyundan ən pisi bu gün oldu".

Azərbaycan Premyer Liqasının XIV turunun “Sabah” – “Neftçi” oyunundan (2:0) sonra qonaq komandanın məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Matc.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Əlimizdən gələni etməyə çalışdıq, amma olmadı. Üç oyundan ən pisi bu gün oldu. İlk hissədə rəqibə müqavimət göstərməyə çalışdıq. Buna görə iki hücumçu ilə çıxdıq. İlk hissədən sonra bəzi futbolçular zədəyə görə əvəzetmələr istədi. Oyuna təsir etməyə çalışdıq, amma alınmadı.

– Komanda üç oyuna bir qol vura bilmədi. Niyə?

– Detallı cavab verməyə çətinlik çəkəcəm. “Zirə”, “Turan Tovuz” səfəri, bu gün “Sabah”la oyun göstərdi ki, komanda tükənib. Gərginlik hiss olundu.

– Məğlubiyyətdən sonra Kurçidən başqa oyunçu tapılmadı ki, üzrxahlıq etsin?

– Bütün futbolçular gedib üzrxahlıq edə bilərdi. Düşünürəm ki, futbolçular da nəticələrə görə utanır. İnşallah, yeni baş məşqçi komandanı toparlayar.

– Birinci turdan Kenan Piriçin səhvlər davam edir, amma ehtiyata göndərilmir. Nə üçün? Eyni zamanda Sessi D Almeyda da səhvlər edir. Bu oyunçular nə üçün startda olur daim?

– Anidən qlobal dəyişiklik edə bilməzdim. Edvin Kuç uzun zədədən qayıdıb. Eyni zamanda məşqlərimiz, oyunlarımız sıxdır. Bərpa üçün normal vaxt olmur. Çalışırıq ki, komandanı tonusda saxlayaq. Digər oyunçular da rəqabətdə özlərini yaxşı göstərməlidir ki, oynasınlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest