"Qarabağ" UEFA Çempionlar Liqası Liqa mərhələsinin VI turunun "Ayaks"la matçı ərəfəsində azarkeşlərə müraciət edib.
Matc.az xəbər verir ki, Azərbaycan çempionu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu izləmək üçün fanatları arenaya erkən gəlməyə çağırıb. Müraciətdə qeyd olunub:
"Dekabrın 10-da UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” matçını izləmək üçün azarkeşlərimizi stadiona erkən gəlməyə çağırırıq.
Bu, stadiona rahat daxil olmağınıza, sıxlıqdan yayınmağınıza və komandamızın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək.
Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq.
Qeyd edək ki, qapılar qarşılaşmaya 2 saat 30 dəqiqə (saat 19:15) qalmış açılacaq".






_1765203041.jpg)



_1765198134.jpg)

