08 Dekabr 2025, 14:16
FUTBOL
Məhəmməd Salah Çempionlar Liqası Liqa mərhələsinin VI turunun “İnter”ə qarşı səfər oyununda “Liverpul”un iştirak ərizəsinə düşməyə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Klub daxilində misirli hücumçunun səsləndirdiyi qalmaqallı fikirlərdən sonra mümkün qərarla bağlı müzakirələr davam edir. Salahın qarşıdakı görüşdə iştirakı ilə bağlı yekun qərar günün sonunadək veriləcək.
Mersisayd klubunun baş məşqçisi Arne Slot vəziyyətə aydınlıq gətirə biləcəyi bir mətbuat konfransını günün ikinci yarısında keçirəcək.
Qeyd edək ki, "İnter" - "Liverpul" qarşılaşması sabah Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.









_1765198134.jpg)


