05 Dekabr 2025, 09:18
FUTBOL
"Barselona"nın mərkəz müdafiəçisi Erik Qarsiya klubla müqaviləsini gələn həftə uzadacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.
Bildirilir ki, yeni müqavilə 5 illik olacaq. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.
"Barselona"nın yetirməsi olan Qarsiya 2017-ci ildən 2021-ci ilə qədər "Mançester Siti"də oynayıb və 2023/24 mövsümünü "Jirona"da icarə əsasında keçirib.
Bu mövsüm Qarsiya Hans-Diter Flikin rəhbərliyi altında 20 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə edib.












