05 Dekabr 2025, 00:45
FUTBOL
"Arsenal" Ekvadorun "Independente del Valle" klubundan əkiz qardaşlar Edvin və Holger Kintero ilə müqavilə imzalamaq üçün razılığa gəlib.
Matc.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat paylaşıb.
Qardaşların 2027-ci ilin avqust ayında "topçular"a qoşulacağı gözlənilir. Esmeraldasda böyüyən istedadlı 16 yaşlı oyunçular 18 yaşlarını tamamladıqdan sonra kluba keçə biləcəklər.
Edvin sol ayaqlı, sürətli və texniki driblinqçidir. O, sağ cinah oyunçusudur, rəqibləri mübarizə aparmağı sevir və geniş imkanlara malikdir.
Holger texniki, sağ ayaqlı yarımmüdafiəçidir. Sürəti ilə rəqiblərini üstələyən oyunçudur.












