04 Dekabr 2025, 20:47
FUTBOL
"Kasımpaşa" klubu yeni baş məşqçisini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Şota Arveladze ilə yollarını ayıran İstanbul klubu Emre Belözoğlu ilə anlaşıb.
Qeyd edək ki, "Kasımpaşa" Türkiyə Superliqasında 14 turdan sonra 13 xal toplayaraq 14-cü pillədə qərarlaşıb.












