Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi Finallissima-2026-da oynayıb-oynamayacağı sualına cavab verib.

Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

"Xeyr, düzünü desəm, yox. Onun keçirilib-keçirilməyəcəyi belə təsdiqlənməyib. Hətta bunun baş tutub-tutmayacağını belə bilmirlər. Amma, düzünü desəm, mövsümün ortasında hazırlıq mənim üçün hər şeyi dəyişəcək.

Bu, yeni mövsümə sıfırdan başlamaq kimidir və mövsümün ortasında yenidən hazırlıq mənə çox kömək edəcək. Avropada oynayan futbolçular, həmişə olduğu kimi, mövsümün sonuna doğru çoxlu oyun keçirmiş olurlar. Qətərdə keçirilən dünya çempionatı istisna idi, çünki mövsümün ortasında baş tutdu. Çoxları özlərini daha yaxşı hiss etdilər, çünki daha az yorğun idilər. Düşünürəm ki, eyni şey mənim də başıma gələcək", - deyə Messi açıqlama verib.

Qeyd edək ki, daha əvvəl mediada Argentina milli komandasının 27 mart 2026-cı ildə İspaniya ilə qarşılaşacağı bildirilirdi. Finallissima Avropa Çempionatı (İspaniya) və Amerika Kubokunun (Argentina) qalibləri arasında keçirilən tək oyunluq turnirdir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest