"Liverpul"un skautları "Leypsiq"in 19 yaşlı hücumçusu Yann Diomandanın transferində israrlıdırlar.

Matc.az xəbər verir ki, bu barədə TEAMtalk məlumat yayıb.

Bildirilir ki, Fil Dişi Sahilindən olan oyunçunu "Arsenal", "Çelsi", "Mançester Siti", "Mançester Yunayted", "Nyukasl" və "Tottenhem" də izləyir, lakin "mersisaydlılar" "Leypsiq"in qanad oyunçusu üçün ən çox ehtimal olunan namizəddir.

Alman klubunun Diomandaniı satmaq istəmədiyi, lakin onun müqaviləsində 100 milyon avroluq sərbəst qalma bəndinin olduğu vurğulanır.

Qeyd edək ki, bu mövsüm hücumçu bütün yarışlarda 14 oyunda meydana çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 20 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest