Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Matc.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XIII turunun oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib.
İmişli” – “Sabah” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə bölgə klubu 3000 manat cərimə edilib.
“Şamaxı” – “Sumqayıt” oyununun 88-ci dəqiqəsində ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmayacaq. Klub isə 2000 manat cərimə ödəyəcək.
Həmin matçda 5 nəfər sarı vərəqə aldığı üçün “Sumqayıt” 700 manat cərimənib. "Kimyaçılar"ın baş məşqçisi Saşa İliçə ağır cəza verilib. Serbiyalı mütəxəssis rəqib komandanın texniki zonasına qeyri etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə cəzalandığı üçün 4 oyun oyunluq cəzalandırılıb. Məşqçinin davranışına görə klub 10000 manat ziyana düşüb.
“Araz-Naxçıvan”la oyunun 90+4-cü dəqiqəsində “Qəbələ” komandasının 28 nömrəli futbolçusu Murad Musayev ikici sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmayacaq, klub isə 500 manat cərimə edilib.







_1764846650.jpg)


_1764839573.jpg)

