"Neftçi"nin hücumçusu Vensan Abubakar "Beşiktaş"da çıxış etdiyi vaxtlardan danışıb.

Matc.az xəbər verir ki, kamerunlu forvard jurnalist Ertem Şenerə verdiyi müsahibədə çempion olduqları 2020/2021 mövsümünü xatırlayıb. 33 yaşlı futbolçu kubokun qazanılmasında baş məşqçinin yox, futbolçuların pay sahibi olduğunu bildirib:

“Onunla çempion olduğumuz dönəmdə o işi bacaran, çempion olan biz futbolçular idik. “Beşiktaş” Sərgən Yalçın yox, biz oyunçular çempion etdik. O kuboku meydanda mübarizə aparan oyunçu qrupu qazandı. Məşqçi həmin məşqçidir, üstəlik indiki heyətdə o dönəmlə müqayisədə daha böyük adlar var. Sergen Yalçın bacarırsa, komandanı indi də çempion etsin görək”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest