Futbol üzrə Polşa çempionatında 17-ci turun oyunları keçirilib.

Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Motor" doğma meydanda "Legiya"nı qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Renat da bu matçın iştirakçısı olmayıb. 26 yaşlı forvardın adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

16 oyun keçirən "Motor" 20 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest