"Kubokda rəqibimiz “Araz-Naxçıvan”dır. Heç bir şeydən çəkinmirik. Vaxtımız var, bərpa olunub oyuna çıxacağıq".

“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 13-cü turunun açılış matçında “Zirə” ilə üz-üzə gəlib.

Matc.az xəbər verir ki, 0:2 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı keçirilib. Bağırov maraqlı oyun olduğunu bildirib:

“Mənim üçün çox maraqlı oyun oldu, yaxşı mübarizə getdi. İlk hissədə 7 yerli futbolçu var idi. Bu bizim üçün çox yaxşı idi. İkinci hissədə kiçik səhvlər etdik. Belə səhvlər buraxmaq olmaz. Əfsuslar olsun ki, iki qol buraxdıq, məğlub olduq. Oyun sərt keçdi. Futbol daha çox belə mübarizələrlə yadda qalır. Belə olan halda futbolçularımız da inkişaf edər.

Yeni meydançadır, oturuşacaq. Heç kim süni örtüklü meydançanı bəyənmir, amma Avropada da belə meydançalar var. Ümumən, elə bir şey yoxdur. Problem olanda əvvəllərdə olur. Biz Gəncədə təbii örtüklü meydançada məşq edirik. Və mövsümün sonlarına yaxın öz meydançamıza qayıtsaq, heç bir problem olmayacaq.

Kubokda rəqibimiz “Araz-Naxçıvan”dır. Heç bir şeydən çəkinmirik. Vaxtımız var, bərpa olunub oyuna çıxacağıq”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest