“Bavariya”nın müdafiəçiləri Hiroki İto və Alfonso Deyvis zədələrini sağaldıblar.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçu beynəlxalq fasilə zamanı Vensan Kompaninin komandası ilə birlikdə ümumi qrup məşqlərinə qayıdıb və növbəti oyun üçün hazır olacaqlar.

Eyni zamanda, yarımmüdafiəçi Camal Musiala baldır sümüyünün qırılmasından sonra fərdi bərpa proqramı üzrə çalışmaqda davam edir.

Cari mövsümdə İto və Deyvis hələ meydana çıxmayıblar. Musialanın aktivində isə 4 oyun və 3 qol var.

“Bavariya” 10 turdan sonra Bundesliqaya liderlik edir və “Leypsiq”i 6 xal qabaqlayır. Münhen klubu növbəti matçını noyabrın 22-də “Frayburq”a qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest