“Verder”in 18 yaşlı müdafiəçisi Kərim Kulibali bir neçə Bundesliqa klubunun diqqətini cəlb edib.

Matc.az xəbər verir ki, hazırda ona ən çox maraq göstərən komanda “Ayntraxt”dır. “Qartallar” artıq gənc istedadın transferi imkanını nəzərdən keçirir və onun cari mövsümdəki inkişafını diqqətlə izləyir.

Kulibali bu mövsüm bütün turnirlərdə 10 oyun keçirib və “Bayer”ə qarşı matçda vurduğu qolla yadda qalıb. Bu isə ona potensial namizədlər tərəfindən marağı daha da artırıb. O, Almaniya U-19 millisinin üzvüdür.

“Ayntraxt” hazırda Bundesliqa cədvəlində 17 xalla 7-ci yerdə qərarlaşıb. Dino Topmellerin komandası növbəti oyunu 22 noyabrda səfərdə “Köln”ə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest