"Bayer"in müdafiəçisi Alexandro Qrimaldo ölkəsinə qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə "El Mundo Deportivo" nəşri məlumat yayıb.

"Barselona" ispaniyalı futbolçunu transfer etmək istəyir. Kataloniya təmsilçisi 30 yaşlı sol cinah müdafiəçisini gələn ilin yayında heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, Alexandro Qrimaldo "Barselona" akademiyasının yeyirməsidir. İspaniya millisinin üzvü bu mövsüm "Bayer"in heyətində keçirdiyi 15 oyunda 7 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest