"Sabah"ın sabiq hücumçusu Emmanuel Apehin yeni klubu müəyyənləşib.

Matc.az xəbər verir ki, nigeriyalı forvard karyerasını İsraildə davam etdirəcək.

Apeh "Kiryat Yam"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Emmanuel Apeh 2022-2024-cü illərdə "Sabah"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest