İspaniya milli komandası DÇ-2026-nın seçmə mərhələsinin Gürcüstan və Türkiyə ilə oyunlarına ciddi itki ilə çıxacaq.

Matc.az xəbər verir ki, Lamin Yamal komandaya kömək edə bilməyəcək. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

"Barselona"nın futbolçusu qasıq nahiyəsində olan ağrılara görə yığmanın düşərgəsini tərk edib. 18 yaşlı vingerin 7-10 günlük istirahət etməsinə qərar verilib.

Qeyd edək ki, İspaniya seçməsi noyabrın 15-də səfərdə Gürcüstanın qonağı olacaq, 3 gün sonra isə Türkiyəni qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest