11 Noyabr 2025, 12:50
FUTBOL
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim hazırda “Benfika”ya rəhbərlik edən Joze Mourinyonun ona göstərdiyi təsirdən danışıb.
Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis həmyerlisinin yüksək səviyyəli əsl məşqçi nümunəsi olduğunu deyib:
“Bir çox məşqçilərdən öyrənmişəm, amma Mourinyo mənim üçün bir örnək idi. O, təkcə portuqaliyalılar üçün deyil, bütün dünya üçün nümunə sayılır. Karyerası boyunca, xüsusilə də əvvəlki illərdə, o, daim qalib gəlirdi.
Joze hər zaman ünsiyyət tərzi ilə digərlərindən fərqlənirdi. Xatırlayıram ki, İngiltərədə bu, çox xoş qarşılanırdı. Maraqlıdır ki, sanki biz onunla ölkələri və klubları dəyişmişik. Mourinyo mənim üçün hələ də bir örnəkdir. Bəzən onunla mesajlaşırıq".












