“Bavariya”nın hücumameyilli yarımmüdafiəçisi Camal Musiala ciddi zədədən sonra bərpa prosesində nəzərəçarpacaq irəliləyiş əldə edib.
Matc.az xəbər verir ki, almaniyalı futbolçu reabilitasiya üzrə məşqçi Saymon Martinellonun nəzarəti altında fərdi məşq keçib və uzun fasilədən sonra ilk dəfə topla işləyib.
Son bir neçə mövsümdə gənc istedad mütəmadi olaraq sağlamlıq problemləri ilə üzləşib.
Klublararası dünya çempionatının yarımfinalında PSJ-yə qarşı matçda rəqib qapıçı Canluici Donnarumma ilə toqquşmadan sonra 22 yaşlı oyunçuya baldır sümüyünün sınığı və topuq çıxığı diaqnozu qoyulub. Bu da onun uzunmüddətli reabilitasiya keçməsini zəruri edib.
Daha əvvəl “Bavariya”nın idman direktoru Kristof Froynd bildirmişdi ki, bərpa prosesi müsbət istiqamətdə gedir, lakin bu prosesi tələsdirmək niyyətində deyillər.












