"Mançester Yunayted"in heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, Premyer Liqa nəhənginin hücumçusu Benyamin Şeşko sıradan çıxıb.

22 yaşlı forvard Premyer Liqanın 11-ci turunun "Tottenhem"lə matçında (2:2) zədələnib. Futbolçu zədə səbəbindən Sloveniya milli komandasının heyətindən kənarlaşdırılıb.

Qeyd edək ki, "Mançester Yunayted" Benyamin Şeşkonu mövsümün əvvəlində "Leypziq"dən transfer edib. O, "qırmızı şeytanlar"ın heyətində keçirdiyi 12 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest