Rodriqo yanvar ayında "Real"dan ayrılmaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "GiveMeSport" məlumat yayıb.

Braziliyalı forvard əsas heyətdə yerini itirməsindən narazıdır. O, daha çox oynaya biləcəyi kluba keçmək istəyir.

"Arsenal" və "Tottenhem" 24 yaşlı futbolçunun Madrid təmsilçisindəki durumunu yaxından izləyir.

Qeyd edək ki, Rodriqo bu mövsüm "Real"ın heyətində keçirdiyi 15 oyunda 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest