Peşəkar Futbol Liqası "Zəfər turu" çərçivəsində keçiriləcək "Qarabağ – "Neftçi" qarşılaşması öncəsi bu komandalar arasında indiyədək vurulan qolların statistikasını hazırlayıb.

Matc.az həmin statistikanı diqqətinizə çatdırır:

İlk qolu Zaur Qarayev ( "Qarabağ" ) vurub - 26.09.1992. "Neftçi" – "Qarabağ" – 1:1.

“Neftçi”nin ilk qoluna Ərani Beydiyev imza atıb - 26.09.1992. "Neftçi" – "Qarabağ" – 1:1.

Derbidə 103 futbolçu rəqib qapısına qol vurub.

"Qarabağ"ın 55 oyunçusu qol sevinci yaşayıb.

“Neftçi”nin 53 futbolçusu rəqib qapısına yol tapıb.

5 futbolçu hər iki komandada qola sevinib.

Mahir Emreli ( "Qarabağ" ) derbilərin bombardiridir – 9 qol.

Növbəti derbisinə çıxacaq Abdullah Zubir ( "Qarabağ" ) 8 dəfə fərqlənib və rekorda çatmaq imkanına malikdir.

“Neftçi" nin heyətində isə Nikolas Kanales və Flavinyo daha çox – hərəyə 4 dəfə fərqlənib.

Hər iki komandada qol vuranlar arasında Filip Ozobiç daha çox - ümumilikdə 6 dəfə rəqib qapılarına yol tapıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest