"Liverpul"un yarımmüdafiəçisi Rayan Qravenberx hazırda klub rəhbərliyi ilə yeni müqavilənin imzalanması barədə danışıqlar aparılmadığını bildirib.

Matc.az xəbər verir ki, 23 yaşlı futbolçu mersisaydlıların heyətində uğurlu mövsüm keçirdikdən sonra sözləşməsinin uzadılması ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib. Niderlandlı oyunçu klubda xoşbəxt olduğunu deyib:

“Yeni müqavilə? Əlbəttə, burada xoşbəxtəm, görək nə olur. Hələlik bu barədə danışmamışıq, amma sonra nə baş verəcəyini görəcəyik”.

Rayan Qravenberx 2023-cü ilin yayında Münhen "Bavariya"sından "Liverpul"a keçib. Onun klubla mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest