"Biz yaxşı oyun göstəririk. Buna görə də nəticənin daha yaxşı olacağına inanıram".
				 
 
"Qəbələ" Misli Premyer Liqasının 10-cu turunda səfərdə "Sabah"a 0:1 hesabı uduzub.
Matc.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib. Gürcüstanlı mütəxəssis son matçlarda bəxtlərrinin gətirmədiyini bildirib:
"Oyunuçularıma göstərdikləri oyuna görə təşəkkür edirəm. Son matçlarımızda bəxtimiz gətirmir. Əminəm ki, qarşıdakı oyunlarda bəxtimiz də gətirəcək. İlk hissədə standart vəziyətdən bir səhvdən qol buraxdıq. İkinci hissədə isə daha yaxşı oyun göstərdik. Futbolçular xarakter göstərdilər. İlk hissənin əvvəlində bu xarakteri göstərə bilsəydik, başqa cür ola bilərdi. Biz yaxşı oyun göstəririk. Buna görə də nəticənin daha yaxşı olacağına inanıram. Son olaraq da "Sabah"ı qələbə münasibətilə təbrik edirəm."

            
 










