26 yaşlı hücumçu “Neftçi” ilə səfər matçında (1:5) yubileyini gerçəkləşdirib. O, 100 oyunda 14 qola imza atıb.

Misli Premyer Liqasının X turu “Kəpəz”in futbolçusu Fərid Nəbiyev üçün əlamətdar olub.

Matc.az xəbər verir ki, o, turnirdə 100-cü oyununu keçirib.

26 yaşlı hücumçu “Neftçi” ilə səfər matçında (1:5) yubileyini gerçəkləşdirib. O, 100 oyunda 14 qola imza atıb.

Fəridin debütü 2016/17 mövsümündə “Qəbələ”də reallaşıb. O, ümumilikdə 4 klubda forma geyinib. Nəbiyev “Kəpəz”də 40 (6 qol), “Turan Tovuz”da 31 (6 qol), “Səbail”də 28 (2 qol), “Qəbələ”də 1 matça çıxıb.

Fərid ölkə çempionatları tarixində yüksək dəstədə 100 və daha çox oyun keçirən 447-ci futbolçudur. O, buna cari mövsümdə nail olan 7-ci oyunçu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest