"Bavariya" növbəti rekorda imza atıb.

Matc.az xəbər verir ki, Münhen təmsilçisi Bundesliqanın 8-ci turunda Mönhenqladbax "Borussiya"sını 3:0 hesabı ilə məğlub edərək bu mövsüm bütün turnirlərdə 13-cü qələbəsini qazanıb.

Bu nəticə XXI əsrdə Avropanın 5 böyük liqasına daxil olan klublar arasında yeni rekord olub. Daha əvvəl oxşar nəticəyə "Milan” 1992/93 mövsümündə imza atmışdı. Lakin "Bavariya" qol fərqinə görə İtalya klubunu üstələyib (47:9 əvəzinə 45:13).

Qeyd edək ki, "Bavariya" hazırda Bundesliqada 24 xalla liderliyini davam etdirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest