26 Oktyabr 2025, 11:36
FUTBOL
"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo peşəkar karyerasında 950-ci qolunu vurub.
Matc.az xəbər verir ki, 40 yaşlı hücumçu Səudiyyə Ərəbistanı çempionatının 6-cı turunda “Əl-Hazm”la oyunun 79-cu dəqiqəsində fərqlənib.
Görüş "Əl-Nəsr"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hazırda Ronaldonun hesabında klub səviyyəsində 807, Portuqaliya millisində isə 143 qol var.












