30 illik ailə münasibətlərinə son qoyan "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Barselonada dəbdəbəli ev alıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Sun" yayıb.

Bildirilir ki, Qvardiolanın yeni mülkü Barselonanın prestijli Pedralbes rayonunda yerləşir. Məhz bu ərazidə o, 2021-ci ilin fevralında ilk evini almışdı. Yerli sakinlər bu malikanəni məşqçinin futboldan uzaqlaşıb sakitlik və özünüdərk anlarının dadını çıxara biləcəyi bir ünvan kimi təsvir edirlər.

Qeyd edək ki, Barselona şəhərində anadan olan Qvardiola uzun illər şəhərin eyniadlı klubun formasını geyinib, daha sonra bu klubun baş məşqçisi olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest