14 Oktyabr 2025, 14:36
FUTBOL
"Barselona"nın hücumçusu Robert Levandovski sıradan çıxıb.
Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Polşalı futbolçu milli komandada zədələnib. 37 yaşlı futbolçunun əzələsində yırtıq aşkarlanıb.
Qeyd edək ki, Robert Levandovski bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 9 oyunda 4 qol vurub.