İspaniya və Argentina milliləri arasındakı "Finalissima" matçı martın 28-də Qətərdə keçirilə bilər.

Matc.az xəbər verir ki, FİFA bu qarşılaşmanı "Lusail Iconic" stadionunda təşkil etmək istəyir. Bu barədə "Marca" nəşri məlumat yayıb.

Digər variantlar kimi Mayami və Ər-Riyaddakı stadionlar nəzərdə tutulub. "Finalissima" matçının məkanı ilə bağlı yekun qərarın yaxın zamanda verilməsi gözlənilir.

Qeyd edək ki, "Finallisima"da son Avropa və Amerika kubokunun qalibləri qarşılaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest