"İnter"in təcrübəli isveçrəli qapıçısı Yann Sommerin müqaviləsi gələn ilin yayında başa çatır.

Matc.az xəbər verir ki, hazırda onun sözləşməsinin müddətinin uzadılması ilə bağlı klubda heç bir xüsusi irəliləyiş yoxdur.

A Seriyası nəhəngi bunun fonunda 36 yaşlı qolkiperə əvəzləyici axtarışlarına başlayıb. Namizədlər arasında “Atalanta”nın qapıçısı Marko Karnezeçkinin də adı var.

25 yaşlı futbolçunun klubu ilə 2028-ci ilə qədər müqaviləsi var. Lakin klub transfer təkliflərinə açıqdır. Bildirilir ki, “İnter” son aylar bu qapıçı ilə bağlı aktiv şəkildə məlumat toplayır. Berqamo təmsilçisi oyunçusu üçün ən azı 40 milyon avro istəyir.

Qeyd edək ki, Marko Karnezeçki bu mövsüm "Atalanta"nın heyətində 8 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest