13 Oktyabr 2025, 11:10
FUTBOL
2026-cı ildə keçiriləcək dünya çempionatından sonra Fransa milli komandasında baş məşqçi dəyişikliyi olacaq.
Matc.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.
Didye Deşam DÇ-2026-dan sonra yığmadan gedəcək. Onu Fransa futbolunun əfsanələrindən olan Zinədin Zidan əvəz edəcək.
Qeyd edək ki, Didye Deşam 2012-ci ilin yayından millini çalışdırır. Zinədin Zidanın son iş yeri isə "Real" olub.