Qana milli futbol komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Komor adalarını 1:0 hesabı ilə məğlub edib.

Matc.az xəbər verir ki, Qana 10 turdan sonra 25 xalla I qrupu liderliklə başa vuraraq, mundiala vəsiqə qazanıb.

Bu, Qananın dünya çempionatında beşinci iştirakı olacaq. Onların ən yaxşı nəticəsi 2010-cu ildə Cənubi Afrikada keçirilən turnirdə 1/4 finala yüksəlmək olub.

Qeyd edək ki, Qana dünya çempionatına vəsiqə qazanan 21-ci komanda oldub. Bundan əvvəl Meksika, ABŞ və Kanada (ev sahibləri), həmçinin Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Avstraliya, Özbəkistan, Yeni Zelandiya, Argentina, Ekvador, Braziliya, Kolumbiya, Uruqvay, Paraqvay, Mərakeş, Tunis, Misir və Əlcəzair vəsiqə qazanıb.

Qeyd edək ki, 2026-cı il dünya çempionatında ilk dəfə olaraq 48 komanda iştirak edəcək. Turnir iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest