13 Oktyabr 2025, 00:50
FUTBOL
Türkiyənin "Kayserispor" klubu yeni baş məşqçisini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Superliqa təmsilçisinə Radomir Caloviç ilə anlaşıb.
Monteneqrolu mütəxəssislə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Caloviç son olaraq Sloveniyanın "Maribor" klubunu çalışdırıb.