12 Oktyabr 2025, 15:33
FUTBOL
Azərbaycan milli komandasının 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ukrayna ilə qarşılaşacaqları oyun üçün Polşaya gedən zaman baqajı itib.
Matc.az xəbər verir ki, bu barədə polşalı jurnalist Piotr Slonka "Telegram" kanalında məlumat yayıb.
Bildirilir ki, Azərbaycan millisi Krakova baqajsız gəlib. Bu səbəbdən komanda Ukrayna ilə oyun öncəsi məşqlərə vaxtında başlaya bilməyib.
Qeyd edək ki, qarşılaşma oktyabrın 13-də baş tutacaq. Üç turdan sonra Ukrayna 4 xalla qrupda ikinci, Azərbaycan isə 1 xalla dördüncü pillədə qərarlaşıb.