"İnter Mayami"nin 38 yaşlı argentinalı hücumçusu Lionel Messi MLS tarixində 9 müntəzəm mövsüm matçında çox qol vuran ilk oyunçu olub.

Matc.az xəbər verir ki, bu barədə məlumatı liqanın rəsmi saytı yayıb.

Dünən "Atlanta" ilə qarşılaşmada Messi iki qol vuraraq komandasına 4:0 hesablı qələbə qazandırıb.

Argentinalı futbolçu həm də 26 qolla MLS-in bombardiridir. O, "Los Anceles"in qabonlu yarımmüdafiəçisi Denis Buanqanı (24) geridə qoyur.

Qeyd edək ki, "İnter Mayami" 62 xalla Şərq Konfransının turnir cədvəlində üçüncüdür.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest