Norveç millisinin hücumçusu Erlinq Haland DÇ-2026-nın seçmə mərhələsində İsrail üzərində 5:0 hesablı qələbədə het-trik edərək tarixi uğura imza atıb.

Matc.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.

Hücumçunun oyuna startı uğursuz alınıb. Erlinq iki penalti zərbəsini qola çevirə bilməyib, hər ikisini qapıçı dəf edib.

Buna baxmayaraq, hücumçu ilk hissənin sonuna qədər qol vurmağı bacarıb. O, ikinci hissədə daha iki dəfə fərqlənərək millinin heyətində vurduğu qolların sayını 51-ə çatdırıb. O, bu uğura 46 matçda nail olub.

Qeyd edək ki, Haland 50 qol həddinə Harri Keyn (71), Robert Levandovski (90), Lionel Messi (107) və Kristiano Ronaldo (114) kimi hücumçulardan daha tez çatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest