Mbappenin yenidən topuğundan zədə alıb.

Fransa millisinin baş məşqçisi Didye Deşam hücumçu və kapitan Kilian Mbappenin yenidən topuğundan zədə aldığını açıqlayıb.

Matc.az xəbə verir ki, bu, DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla oyunda (3:0) baş verib.

"Real"ın futbolçusu 83-cü dəqiqədə əvəzlənib.

"Bu, əvvəllər zədələndiyi ayağıdır. Kilian istirahət etdikcə ağrılar azalır. Matç zamanı rəqiblə təmas qaçılmazdır. Biz vəziyyəti qiymətləndirəcəyik. Mbappe diskomfort yaşayır, bu yaxşı deyil", - deyə Deşam açıqlamasında bildirib.

Qeyd edək ki, Mbappenin topuğundan aldığı zədənin təkrarlanması səbəbindən Azərbaycanla oyun öncəsi Fransa millisi ilə məşq etmədiyi xəbərləri paylaşılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest