10 Oktyabr 2025, 22:21
FUTBOL
"Monako" baş məşqçisi Adi Hütterin istefasını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
"Klub Adi Hütterə və onun məşqçilər heyətinə əməyinə, komandaya sadiqliyinə və fədakarlığına görə təşəkkürünü bildirir və onlara gələcək peşəkar karyeralarında uğurlar arzulayır", - klubun bəyanatında deyilir.
Avstriyalı çalışdırıcı 2023-cü ilin yayından "Monako"nu çalıdırıb. Onun rəhbərliyi altında komanda bütün yarışlarda 93 oyun keçirib, 49 qələbə, 18 heç-heçə və 26 məğlubiyyətə imza atıb.
Qeyd edək ki, Fransa çempionatının yeddi turundan sonra aktivində 13 xalı olan "Monako" beşinci pillədə qərarlaşıb.












