10 Oktyabr 2025, 17:32
FUTBOL
Emre Belözoğlu ilə yollarını ayıran "Antalyaspor"un yeni baş məşqçisi məlum olub.
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Erol Bulutla anlaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
50 yaşlı mütəxəssislə 2 illik müqavilənin şərtləri razılaşdırılıb. Təyinat yaxın zamanda rəsmiləşəcək.
Qeyd edək ki, Erol Bulutun son iş yeri "Kardiff Siti" olub.












