"Barselona" heyətinə yeni hücumçu cəlb etməyi planlaşdırır.

Matc.az xəbər verir ki, İspaniya çempionunun əsas hədəfi "Borussiya"da çıxış edən Seru Qirassidir. Bu barədə  "Mundo Deportivo" nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi qvineyalı forvardı gələn ilin yayında transfer etməyə çalışacaq. 29 yaşlı futbolçunun klubu ilə müqaviləsində 65 milyon avroluq sərbəstqalma məbləği var.

Qeyd edək ki, Seru Qirassi bu mövsüm "Borussiya"nın heyətində keçirdiyi 13 oyunda 10 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest