10 Oktyabr 2025, 11:42
FUTBOL
"Monako"da uğirlu mövsüm keçirən Ansu Fati İspaniyaya qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Atletiko" ispaniyalı vingeri transfer etmək istəyir. La Liqa nəhəngi 22 yaşlı futbolçunun Fransadakı çıxışını yaxından izləyir.
Qeyd edək ki, "Monako" Ansu Fatini mövsümün əvvəlində "Barselona"dan 1 illik icarəyə götürüb. Onun Kataloniya təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.












