"Bavariya"nın müdafiəçisi Kim Min Ce Türkiyə Super Liqasına qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fotomaç" məlumaat yayıb.

"Fənərbaxça" cənubi koreyalı futbolçunu heyətinə qatmaq istəyir. İstanbul təmsilçisi yanvar ayında 28 yaşlı mərkəz müdafiəçisini satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, Kim Min Ce bu mövsüm "Bavariya"nın heyətində keçirdiyi 6 oyunda 1 qol ötürməsi edib. Təcrübəli oyunçu daha əvvəl 2021/2022 mövsümündə "Fənərbaxça"nın formasını geyinib. O,daha sonra "Napoli"yə üz tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest