Bu gün Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb.
Matc.az xəbər verir ki, yığmamız səfərdə Fransa ilə qarşılaşıb.
"Park de Prens" stadionunda təşkil olunan görüşdə millimiz 3 cavabsız qolla məğlub olub.
Qeyd edək ki, Azərbaycan yığması növbəti oyunda, oktyabrın 13-də səfərdə Ukrayna ilə qarşılaşacaq.
DÇ-2026
D qrupu
10 oktyabr
Fransa - Azərbaycan - 3:0
Qollar: Mbappe, 45+2, Ardien Rabyo, 63, Toven, 84
Baş hakim: Rohit Saqqi
Baş hakimin köməkçiləri: Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen
Dördüncü hakim: Daniel Higraff
VAR: Tom Harald Hagen
AVAR: Siqurd Krinqstad
"Park de Prens" stadionu
Fransa: 16. Mayk Menyan, 2. Malo Qusto, 17. Vailliam Saliba, 4. Dayo Upamekano, 22. Teo Ernandes, 21. Kepren Türam, 14. Ardien Rabyo, 11. Maykl Olise, 7. Kinqsli Koman, 9. Uqo Ekitike, 10. Kilian Mbappe (k).
Ehtiyat heyət: Samba, Şevalye, Din, Kunde, Kamavinqa, Kane, Akliuş, Mateta, Kinate, Nkunku, Toven, L.Ernandes
Baş məşqçi: Didye Deşam
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 5. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 21. Qismət Alıyev, 11. Rüstəm Əhmədzadə, 8. Emin Mahmudov (k), 15. Abdulah Xaybulayev, 7. Toral Bayramov, 10. Mahir Emreli
Ehtiyat heyət: Aydın Bayramov, Rza Cəfərov, Rail Məmmədov, Murad Xaçayev, Anatoli Nuriyev, Renat Dadaşov, Abbas Hüseynov, Rəhman Daşdəmirov, Cəlal Hüseynov, Nəriman Axundzadə, Faiq Hacıyev, Musa Qurbanlı
Baş məşqçi: Ayxan Abbasov