10 Oktyabr 2025, 01:17
FUTBOL
"Real" gələn yay transfer edə biləcəyi müdafiəçilər sırasına İbrahima Konate ("Liverpul"), Mark Qehi ("Kristal Pelas") və Deotşankil Upamekanonu ("Bavariya") daxil edib.
Matc.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Bildirilir ki, Madrid klubu Konate ilə müqavilə imzalamağa üstünlük verir.
İspaniya nəhəngi həmçinin 2024-cü ilin avqustunda çarpaz bağ zədəsini sağaltmış "Kastilya"nın 18 yaşlı müdafiəçisi Joan Martinesi əsas heyətə qatmağı düşünür.
Qeyd edək ki, Konate, Qehi və Upamekanonun klubları ilə müqavilələri 2026-cı ilin yayında başa çatır və "Real"ın onları pulsuz imzalamaya bilər.












