"Komanda yoldaşlarımızla oyun barədə söhbətlərimiz olur, kollektiv şəkildə matça hazırlaşırıq".

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması sabah Fransa millisi ilə qarşılaşacaq.

Matc.az-ın AFFA-nın təşkilatçılığı və Mislinin dəstəyi ilə Fransaya ezam olunmuş əməkdaşının məlumatına görə, oyundan öncə keçirilən mətbuat konfransında yığmamızın müdafiəçisi Bəhlul Mustafazadə qarşılaşma ilə bağlı fikirlərini bildirib:

"Rəqib haqqında geniş danışmağa ehtiyac yoxdur. Önəmli olan bizim Fransa yığmasına qarşı necə reaksiya verməyimizdir. Bu gün son məşqimizi keçəcəyik və sabah meydanın hər qarışı uğrunda mübarizə aparacağıq. Komanda yoldaşlarımızla oyun barədə söhbətlərimiz olur, kollektiv şəkildə matça hazırlaşırıq. Sabah yaxşı mübarizə aparmağa çalışacağıq".

Qeyd edək ki, oktyabrın 10-da "Park de Prens" stadionunda keçiriləcək Fransa - Azərbaycan oyunu saat 22:45-də start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest