"Arsenal" türkiyəli hücumçu Kənan Yıldız üçün "Yuventus"a təklif göndərməyi planlaşdırır. London klubu 50 milyon avro ödəməyə hazırdır və müqaviləyə hücumçu Qabriel Jezus da daxildir.

Matc.az xəbər verir ki, bu barədə "Radio Radio" məlumat yayıb.

Bildirilir ki, "topçular" belə bir təklifin "qoca sinyora"nı 20 yaşlı hücumçunu buraxmağa inandırmalı olduğunu düşünür.

Qeyd edək ki, Yıldız bu mövsüm bütün turnirlərdə 12 matçda meydana çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında onun bazar dəyəri 75 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest