08 Oktyabr 2025, 20:37
FUTBOL
"Əl-İttihad" Serxio Konseysaonun baş məşqçi təyin olunduğunu açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 50 yaşlı çalışdırıcı ilə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.
Konseysaonun son məşqçi vəzifəsi mayın əvvəlində tərk etdiyi "Milan" olub.
Qeyd edək ki, ötən gün "Əl-İttihad" Loran Blanı baş məşqçi postundan uzaqlaşdırıb. Dörd turdan sonra "Əl-İttihad" 9 xalla üçüncü pillədə qərarlaşıb.